Tərlan Quliyev: “Millidə ilk qolumu vurdum və buna görə çox sevinirəm"

Tərlan Quliyev: “Millidə ilk qolumu vurdum və buna görə çox sevinirəm" "Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək"
Futbol
10 Mart , 2017 02:17
Tərlan Quliyev: “Millidə ilk qolumu vurdum və buna görə çox sevinirəm

Bakı. 10 mart. REPORT.AZ/ “Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır".

"Report" AFFA-ya istinadən xəbər verir ki, bu sözləri Qətər üzərində 2:1 hesablı qələbədən sonra Tərlan Quliyev bildirib.

"Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”, - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi