AFFA İntizam Komitəsi Tərlan Əhmədovu cəzalandırıb

AFFA İntizam Komitəsi Tərlan Əhmədovu cəzalandırıb Keşlə futbol klubunun baş məşqçisi Tərlan Əhmədov bir oyunluq cəzalandırılıb.
Futbol
23 Aprel , 2019 12:29
AFFA İntizam Komitəsi Tərlan Əhmədovu cəzalandırıb

"Keşlə" futbol klubunun baş məşqçisi Tərlan Əhmədov bir oyunluq cəzalandırılıb. 

"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. 48 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında XXV turun “Qarabağ” komandası ilə səfər matçında hakimə qarşı kəskin etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. O, aprelin 26-da "Sabah" klubu ilə səfər oyununda texniki zonada yer ala bilməyəcək. "Keşlə" isə Əhmədova görə 800 manat cərimə olunub. 

Qeyd edək ki, görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:0.  

Son xəbərlər

Orphus sistemi