Telekanal Fransa çempionatı üçün pul ödəməkdən imtina etdi

Telekanal Fransa çempionatı üçün pul ödəməkdən imtina etdi Futbol üzrə Fransa çempionatını yayımlayan Canal+ telekanalı Liqa 1-lə müqaviləyə xitam verib.
Futbol
1 May , 2020 09:50
Telekanal Fransa çempionatı üçün pul ödəməkdən imtina etdi

Futbol üzrə Fransa çempionatını yayımlayan "Canal+" telekanalı Liqa 1-lə müqaviləyə xitam verib. 

"Report" "L Equipe" nəşrinə istinadən xəbər verir ki, telekanal sözləşməyə görə nəzərdə tutulan ödəmələri həyata keçirməyəcək. Liqa 1 telekanaldan 243 milyon avro almalı olsa da, çempionatın dayandırılması ilə əlaqədar məbləği əldə edə bilməyəcək.  

Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.

Son xəbərlər

Orphus sistemi