Tbilisidə "Qarabağ qaziləri" və "Tbilisi"” amputant futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib

Tbilisidə "Qarabağ qaziləri" və "Tbilisi"” amputant futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib Tbilisi. 26 iyun. REPORT.AZ/ Bu gün Tbilisinin mərkəzindəki İmedi” stadionunda Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol komandası ilə Gürcüstanın veteranlardan ibarət amputant Tbilisi komandası arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.
Futbol
26 İyun , 2018 18:11
Tbilisidə Qarabağ qaziləri və Tbilisi” amputant futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib

Tbilisi. 26 iyun. REPORT.AZ/ Bu gün Tbilisinin mərkəzindəki "İmedi"” stadionunda Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol komandası ilə Gürcüstanın veteranlardan ibarət amputant "Tbilisi" komandası arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət Himnləri səsləndirilib.

Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat Komitəsinin təşkilatçılığı ilə keçirilən və Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyinə həsr olunan qarşılaşma "Tbilisi" komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Yarışdan əvvəl açılış mərasimi təşkil olunub. Şəhid, Əlil və Veteranlar Birliyinin sədri Rövşən Quliyev, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, Gürcüstanın Veteranların İşi üzrə Dövlət Xidmətinin rəisi, ehtiyatda olan general-mayor Vladimir İmnadze idmançılara uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşları, Azərbaycanın Şəhid, Əlil və Veteranlar Birliyinin Təşkilat komitəsinin sədri, eləcə də Gürcüstanın müvafiq qurumlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yoldaşlıq oyunu "Tbilisi" komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb. Yarışın sonunda Təşkilat Komitəsi tərəfindən qaliblər mükafatlandırılıb.

Məlumat üçün qeyd edək ki, “Tbilisi” komandası bir dəfə Avropa çempionu olub. Azərbaycan təmsilçisi isə ölkə xaricində ilk dəfədir, çıxış edir.

Son xəbərlər

Orphus sistemi