Tanınmış mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Tanınmış mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub Türkiyənin "Adana Demirspor" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
1 Sentyabr , 2021 18:57
Tanınmış mütəxəssis Türkiyə klubunun baş məşqçisi təyin olunub

Türkiyənin "Adana Demirspor" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi Vinçentso Montellaya tapşırılıb.

İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu vəzifədə Samet Aybabanı əvəzləyib.

Qeyd edək ki, Vinçentso Montella daha əvvəl ölkəsində "Fiorentina", "Milan", "Sampdoriya" və "Roma" klublarına, həmçinin İspaniya "Sevilya"sına başçılıq edib.

Son xəbərlər

Orphus sistemi