Tanınmış mütəxəssis İtaliya klubunun baş məşqçisi olub

Tanınmış mütəxəssis İtaliya klubunun baş məşqçisi olub İtaliyanın "Kalyari" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
15 Sentyabr , 2021 12:49
Tanınmış mütəxəssis İtaliya klubunun baş məşqçisi olub

İtaliyanın "Kalyari" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Seria A təmsilçisinin sükanı arxasına Valter Matsari gətirilib.

60 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. İtaliyalı baş məşqçi bu vəzifədə Leonardo Sempliçini əvəzləyib.

"Kalyari" 3 turdan sonra 1 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, son iş yeri ölkəsinin "Torino" klubu olan Valter Matsari daha əvvəl "Napoli", "Sampdoriya" və "İnter" kimi komandalara da başçılıq edib.

Son xəbərlər

Orphus sistemi