Tanınmış klubun futbolçuları tətil elan ediblər

Tanınmış klubun futbolçuları tətil elan ediblər Braziliyanın "Kruzeyro" klubunun futbolçuları tətil elan ediblər.
Futbol
422
13 Oktyabr , 2021 23:59
Tanınmış klubun futbolçuları tətil elan ediblər

Braziliyanın "Kruzeyro" klubunun futbolçuları tətil elan ediblər.

"Report" "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, oyunçular maaş gecikmələrinə görə bu addımı atıblar. Onlar məşqə çıxmaqdan boyun qaçırıblar.

B Seriyasında çıxış edən klub hazırda ciddi maliyyə problemləri yaşayır. 6 aydır oyunçularına və əməkdaşlarına məvacib verə bilməyən "Kruzeyro"da borcların bir hissəsi sentyabrda ödənilib.

Vəziyyətin dözülməz həddə çatdığını söyləyən futbolçular çıxış yolunu məşqləri və oyunları boykot etməkdə görürlər.

Qeyd edək ki, "Kruzeyro" hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komandaya Braziliya millisinin sabiq baş məşqçisi Vanderley Luşemburqo rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi