Tanınmış klublar xeyriyyə turniri keçirəcəklər

Tanınmış klublar xeyriyyə turniri keçirəcəklər İtaliyanın İnter, İspaniyanın Real Madrid və Almaniyanın Bavariya klubları xeyriyyə turniri keçirəcəklər.
Futbol
19 May , 2020 14:19
Tanınmış klublar xeyriyyə turniri keçirəcəklər

İtaliyanın "İnter", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları xeyriyyə turniri keçirəcəklər. 

"Report" İtaliya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Avropa Həmrəylik Kuboku - Qəhrəmanlar üçün futbol turniri 2021-ci ildə olacaq. 

"İnter" "Bavariya"nı, "Real Madrid" "İnter"i, "Bavariya" "Real Madrid"i qəbul edəcək. Bütün matçlardan əldə olunan gəlir Avropaya dəstəyin simvolu olaraq tibb müəssisələrinə bağışlanacaq.

Qarşılaşmaların təqvimi daha sonra müəyyənləşəcək. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsindəki çempionatlar koronavirus pandemiyasına görə təxirə salınıb. 

Orphus sistemi