Tanınmış klub keçmiş FIFA referisinə necə rüşvət təklif edib?

Tanınmış klub keçmiş FIFA referisinə necə rüşvət təklif edib? Mənə üzərində "Antonio, "Dinamo"nun qələbəsi və sizin üçün 30 000 avro" sözləri yazılmış kağız verdilər
Futbol
173
5 May , 2021 00:29
Tanınmış klub keçmiş FIFA referisinə necə rüşvət təklif edib?

Ukraynanın "Dinamo" (Kiyev) klubunun rəsmiləri 1995/1996 mövsümündə UEFA Çempionlar Liqasının Yunanıstan "Panatinaikos"u ilə ev oyunu (1:0) ərəfəsində matçın baş hakimi Lopes Nyetoya rüşvət təklif ediblər.

"Report"un məlumatına görə, bu barədə ispaniyalı keçmiş FIFA referisi ölkəsinin mətbuatına açıqlamasında deyib.

O bildirib ki, qarşılaşmadan öncə bir neçə rəsmi şəxslə yemək yeməyə gediblər: "İki "Mercedes"lə meşənin içindən keçib kəndə oxşayan bir yerə getdik. "Bura "Dinamo"nun qərargahıdır" deyib güldülər. Halbuki orada bayraq belə, yox idi. Birdən bir neçə qız çox təxribatçı şəkildə ətrafımda qaçmağa başladı. Sonra isə otaqda mənimlə danışmaq istədiklərini bildirdilər və üzərində "Antonio, "Dinamo"nun qələbəsi və sizin üçün 30 000 avro" sözləri yazılmış kağız verdilər. Həmin oğlanı vurmaq istəsəm də, kağızı götürdüm və dedim ki, biz gedirik".

Qeyd edək ki, "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra Kiyev təmsilçisi 2 il müddətinə avrokuboklardan kənarlaşdırılmış, lakin sonradan cəza ləğv olunmuşdu.

Son xəbərlər

Orphus sistemi