Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub Bakı. 30 iyul. REPORT.AZ/ İngiltərənin Çelsi və İspaniyanın Real Madrid klubunun sabiq futbolçusu Mikael Essyen karyerasını başa vurub.
Futbol
30 İyul , 2018 10:31
Tanınmış futbolçu karyerasını başa vurub

Bakı. 30 iyul. REPORT.AZ/ İngiltərənin "Çelsi" və İspaniyanın "Real Madrid" klubunun sabiq futbolçusu Mikael Essyen karyerasını başa vurub.

“Report” xəbər verir ki, Qana millisinin yarımmüdafiəçisi 35 yaşında futbolla vidalaşıb.

Qeyd edək ki, Essyen ötən mövsüm İndoneziyanın "Persib" komandasının formasını geyinib. O, "Lion"un heyətində 2 dəfə Fransa, "Çelsi"də 2 dəfə İngiltərə çempionu olub, 2012-ci ildə Çempionlar Liqasını qazanıb. Qanalı futbolçu İtaliyanın “Milan” və Yunanıstanın “Panatinaikos” klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi