Bakı. 30 oktyabr. REPORT.AZ/ Qazaxıstan Futbol Federasiyası "Kayrat" klubunun futbolçusu Andrey Arşavini iki oyunluq diskvalifikasiya edib.
"Report" xəbər verir ki, buna səbəb 37 yaşlı futbolçunun Premyer Liqanın XXXI turunda "İrtış"a 0:1 hesabı ilə məğlub olduqları oyunda rəqib futbolçunu vurması olub.
Rusiya millisinin sabiq futbolçusu görüşün 86-cı dəqiqəsində rəqibi bilərəkdən vuraraq yerə yıxıb.
Qeyd edək ki, "Kayrat"ın "İrtış"a 0:1 hesabı ilə uduzduğu matçdan sonra Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Astana" klubu ardıcıl beşinci dəfə ölkə çempionu olub. Arşavinin komandası isə çempionatın gümüş medalını qazanıb. Təcrübəli forvard 2016-cı ildən "Kayrat"ın şərəfini qoruyur.