Azərbaycan millisinin futbolçusu Qazaxıstan çempionu olub

Azərbaycan millisinin futbolçusu Qazaxıstan çempionu olub "Astana" rekorda imza atıb
Futbol
27 Oktyabr , 2018 15:08
Azərbaycan millisinin futbolçusu Qazaxıstan çempionu olub

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda "Astana" komandasının heyətində Qazaxıstan çempionu olub. 

"Report"un məlumatına görə, "şəhərlilər" buna Premyer Liqanın XXXI turunda "Kayrat"ın "İrtış"a 0:1 hesablı məğlubiyyətindən sonra nail olublar. Bununla da "Astana" çempionatın sonuna 4 oyununun qalmasına baxmayaraq, ən yaxın rəqibi "Kayrat" üçün əlçatmaz olub. Bu komanda ardıcıl 5-ci dəfə ölkə çempion olaraq, rekorda imza atıb. Əvvəllər Qazaxıstanda heç bir klub dalbadal 5 dəfə qızıl medal qazana bilməyib. Bununla yanaşı, "Astana" titul sayında "İrtış" və "Aktobe" ilə bərabərləşib. 

Qeyd edək ki, Riçard Almeyda Qazaxıstan komandasına yayda "Qarabağ"dan keçib. "Astana"nın heyətində Azərbaycan klubunun daha bir sabiq futbolçusu Pedro Enrike icarə əsasında çıxış edir. Komandanın baş məşqçisi isə bir müddətdir şəxsi problemləri ilə əlaqədar hazırlıqlarda iştirak etməyən Roman Qriqorçukdur. Qriqorçuk daha əvvəl "Qəbələ"yə rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi