Tanınmış futbolçu İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi təyin olunub

Tanınmış futbolçu İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi təyin olunub Fil Nevill ilə 2021-ci il Avropa çempionatının sonuna qədər müqavilə bağlanılıb
Futbol
24 Yanvar , 2018 10:02
Tanınmış futbolçu İngiltərənin qadınlardan ibarət millisinin baş məşqçisi təyin olunub

Bakı. 24 yanvar. REPORT.AZ/ “Mançester Yunayted” klubunun sabiq futbolçusu Fil Nevill İngiltərənin qadınlardan ibarət milli komandasına baş məşqçi təyin edilib.

“Report”un İngiltərə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumatına görə, 41 yaşlı britaniyalı mütəxəssislə 2021-ci il Avropa çempionatının sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Fill Nevill karyerası ərzində vətənində “Mançester Yunayted”lə yanaşı, “Everton”da çıxış edib. O, daha əvvəl “qırmızı şeytanlar”ın və İspaniyanın “Valensiya” klubunun məşqçilər korpusunda yer alıb.

Son xəbərlər

Orphus sistemi