Tanınmış futbolçu dövlət himni səslənən zaman üzünü qaşıdığı üçün cəzalandırılıb

Tanınmış futbolçu dövlət himni səslənən zaman üzünü qaşıdığı üçün cəzalandırılıb Bakı. 1 noyabr. REPORT.AZ/ Çin Futbol Assosiasiyası “Şandun Lunen” klubunun futbolçusu Dieqo Tardellini 1 oyunluq cəzalandırıb.
Futbol
1 Noyabr , 2018 12:18
Tanınmış futbolçu dövlət himni səslənən zaman üzünü qaşıdığı üçün cəzalandırılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Çin Futbol Assosiasiyası “Şandun Lunen” klubunun futbolçusu Dieqo Tardellini 1 oyunluq cəzalandırıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı braziliyalı hücumçunun Super Liqanın XXVII turunda “Şanxay Şanqan”la səfər matçının start fitindən əvvəl dövlət himni səslənən zaman üzünü qaşımasıdır. Onun davranışı ictimaiyyət üçün pis örnək kimi qiymətləndirilib.

Qeyd edək ki, oyun “Şandun Lunen”in 2:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Tardelli 2015-ci ilin yanvarından bu komandada çıxış edir. O, daha əvvəl vətənində “San-Paulu”, “Flamenqo”, “Atletiko Mineyro”, Rusiyanın “Anji” və Qətərin “Əl-Qarafa” klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi