Tanınmış futbolçu Bundesliqa klubunun baş məşqçisi oldu

Tanınmış futbolçu Bundesliqa klubunun baş məşqçisi oldu Niderlandlı mütəxəssisin müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub
Futbol
2 İyun , 2021 15:19
Tanınmış futbolçu Bundesliqa klubunun baş məşqçisi oldu
Mark van Bommel

Almaniyanın "Volfsburq" klubunun yeni baş məşqçisi açıqlanıb.

"Report" Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Mark van Bommelə tapşırılıb.

44 yaşlı niderlandlı mütəxəssisin müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub.

Qeyd edək ki, "Volfsburq" 2020/2021 mövsümündə Bundesliqanı 61 xalla 4-cü sırada bitirib. Van Bommel son olaraq 2018-2019-cü ildə ölkəsinin PSV komandasının baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi