Qəbələ. 4 iyun. REPORT.AZ/ "Bu çempionluq çox sevindiricidir. "Qarabağ” 1993-cü ildə böyük ustad Ağasəlim Mircavadovla hər iki liqada çempion oldu". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" futbol klubunun vitse-prezidenti Tahir Gözəl deyib.
O, bildirib ki, bu il həmin nəticə təkrarlanıb: "Ona görə qürur hissi duyuruq. Bizdə böyük motivasiya var idi. İnşallah bundan sonra daha da uğurlu nəticələr əldə etməyə çalışacağıq".
T.Gözəl bundan sonra “Qarabağ”da dəyişikliklərin olacağını deyib: "Texniki heyət, Qurban müəllim fikirləşirlər, öz qərarlarını qəbul edəcəklər