Tahir Gözəl: "Qarabağ"ın adını təmiz saxlamalıyıq"

Tahir Gözəl: "Qarabağ"ın adını təmiz saxlamalıyıq" "Bu klub Azərbaycan adını dünyada tanıdır"
Futbol
4 İyun , 2015 18:38
Tahir Gözəl: Qarabağın adını təmiz saxlamalıyıq

Bakı. 4 iyun. REPORT.AZ/ "Qarabağ" üçün möhtəşəm oldu. "Qarabağ"ı bu günlərə gətirən onun daxilindəki inam, paklık və xoş niyyətdir". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyib.

Həm ölkə çempionatının, həm də kubokun qalibi olması münasibətilə klub bazasında keçirilən tədbirdə çıxış edən vitse-prezident komandanın uğurunda sponsorun rolundan danışıb: ""Qarabağ" 10 minlərlə insanın zəhmətinin nəticəsidir. Bu klub Azərbaycan adını dünyada tanıdır. "Qarabağ"ın adını təmiz saxlamalıyıq. Dünya bizi klubda bir-birimizə, Azərbaycana olan sədaqətimizlə tanısın. Bu, "Qarabağ"ı sevən bütün hər kəsin uğurudur".

Son xəbərlər

Orphus sistemi