Tahir Gözəl: "Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm"

Tahir Gözəl: "Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm" "Yaxşı mübarizəyə görə kollektivə təşəkkür edirəm"
Futbol
27 Sentyabr , 2017 22:40
Tahir Gözəl: Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Yağışa baxmayaraq möhtəşəm enerji vardı. Təxminən 55 min azarkeş gəlmişdi. Rəqib ilk dəqiqlərdə buraxdığımız kobud səhvləri bağışlamadı".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya təmsilçisi "Roma"ya 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

O, bildirib ki, "Qarabağ" hesabı 1:2 etdikdən sonra oyunda ab-hava dəyişib: "Bundan sonra rəqib bizdən çəkindi. Bu gün çox yaxşı mübarizə aparan qeyrətli bir komanda gördüm. Çox möhtəşəm oyun oldu. Bütün dünyanın gözü burda idi. Bura ÇL-dir, Avroliqa deyil. Nəhənglərin yarışıdır. Stadiondan qürur hissi ilə ayrılıram. Ən azı heç-heçə olmalı idi".

T.Gözəl deyib ki, evdə geniş azarkeş kütləsi qarşısında oynamaq böyük üstünlükdür: "Hesab 0:2 olanda gözüm "Qarabağ"da idi. Baxırdım görüm ab-hava pozulacaqmı. Gördüm ki, özlərin itirmədilər, içim rahatlandı. Bildim ki, komandamız rəqibin cavabını verəcək. Vətəndə oynamağın böyül üstünlüyü var. Yaxşı mübarizəyə görə kollektivə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi