"Sürix"in "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi bəlli olub

"Sürix"in "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi bəlli olub İsveçrənin "Sürix" klubu "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Futbol
15 İyul , 2022 13:48
Sürixin Qarabağla oyunlar üçün iştirak ərizəsi bəlli olub

İsveçrənin "Sürix" klubu "Qarabağ"a qarşı keçirəcəkləri Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Franko Fodanın siyahısında 20 oyunçu yer alıb.

Qapıçılar: 1. Jivko Kostadinoviç, 25. Yanik Brexer

Müdafiəçilər: 2. Lindrit Kamberi, 6. Fidan Aliti (Kosovo) 19. Nikola Boraniyaşeviç (Serbiya), 28. Karol Mets (Estoniya), 31. Mirlind Kryeziu (Kosovo)

Yarımmüdafiəçi: 3. Adrian Gerrero (İspaniya), 8. Ole Selnes (Norveç), 10. Antonio Markesano, 16. Mark Hornşux (Almaniya), 17. Şeyk Konde (Qvineya), 21. Blerim Cemayli, 23. Fabian Roner, 33. Ştefan Zayler, 39. Akakiy Qogia (Almaniya)

Hücumçular: 9. İvan Santini (Xorvatiya), 11. Jonatan Okita (Almaniya), Ayequn Tosin (Nigeriya), 22. Vilfred Qnonto (İtaliya)

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçını iyulun 19-da evdə, cavab görüşünü isə iyulun 27-də səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi