"Sürix"in futbolçusu: "Qarabağ"ın zəif cəhətlərini bilirik"

"Sürix"in futbolçusu: "Qarabağ"ın zəif cəhətlərini bilirik" "Qarabağ"ın son iki oyununu izləmişik. Topla oynamağı sevirlər".
Futbol
18 İyul , 2022 17:35
Sürixin futbolçusu: Qarabağın zəif cəhətlərini bilirik
Mirlind Kryeziu Bakıda

"Rəqibin son iki oyununu izləmişik. Topla oynamağı sevirlər".

"Report"un məlumatına görə, bunu İsveçrənin "Sürix" komandasının futbolçusu Mirlind Kryeziu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, "köhlən atlar"ın zəif cəhətlərini bildiklərini söyləyib: "Bu komandanın hücum potensialına bələdik. Topla oyuna üstünlük verirlər, topsuz da olanda pressinq etməyi bacarırlar. Amma biz eyni zamanda “Qarabağ”ın zəif cəhətlərini görmüşük, analiz etmişik. Onlardan istifadə etməyə çalışacağıq".

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Son xəbərlər

Orphus sistemi