Superliqada iştirak etmək istəyən ingilis klubları cərimələnəcək

Superliqada iştirak etmək istəyən ingilis klubları cərimələnəcək Liqa rəhbərliyi hələlik cərimənin məbləğini açıqlamayıb
Futbol
117
7 May , 2021 20:58
Superliqada iştirak etmək istəyən ingilis klubları cərimələnəcək

İngiltərə Premyer Liqasının rəhbərliyi Avropa Super Liqasında iştirak etmək istəyən "Mançester Siti", "Mançester Yunayted", "Liverpul", "Çelsi", "Arsenal" və "Tottenhem" komandaları ilə bağlı qərar verib.

"Report" "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, sözügedən klublar böyük məbləğdə cərimələnəcəklər. Premyer Liqa təmsilçilərinin xalları isə silinməyəcək.

Liqa rəhbərliyi hələlik cərimənin məbləğini açıqlamayıb. Bundan başqa, ödənişin hansı formada olacağı da bəlli deyil.

Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi