Superkubok matçında meydana girən yutuber həbs olundu

Superkubok matçında meydana girən yutuber həbs olundu Yılmaza 1 il 8 ay həbs cəzası verilib
Futbol
9 Fevral , 2021 15:14
Superkubok matçında meydana girən yutuber həbs olundu

Məhkəmə 2019-cu ildə Türkiyənin İstanbul şəhərində İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasındakı UEFA Super Kuboku matçında meydana girən yutuber Ali Abdülsealm Yılmazla bağlı qərar qəbul edib.

"Report"un "NTV Spor"a istinadən məlumatına görə, Yılmaza 1 il 8 ay həbs cəzası verilib.

Bundan başqa, onun 1 il müddətinə idman yarışlarına girişinə qadağa qoyulub.

Digər şübhəlilər - Emre Durmuş, Cantuğ Özsoy ve Furkan Yaman isə bəraət alıblar.

Qeyd edək ki, avqustun 14-də "Vodofon Park" stadionunda keçirilmiş görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İngiltərə təmsilçiləri əlavə vaxtda hərəyə bir dəfə fərqləndiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (5:4) "Liverpul" Superkuboka sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi