"Sumqayıt" yarımmüdafiəçisi ilə müqaviləni yenilədi

"Sumqayıt" yarımmüdafiəçisi ilə müqaviləni yenilədi 2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Futbol
17 İyun , 2021 11:45
Sumqayıt yarımmüdafiəçisi ilə müqaviləni yenilədi

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

"Report"un məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Tellur Mütəllimov növbəti mövsümdə də komandada çıxış edəcək.

Qeyd edək ki, ötən mövsümdən "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi