"Sumqayıt" və "Keşlə"nin avrokubok oyunlarının hakimləri məlum oldu

"Sumqayıt" və "Keşlə"nin avrokubok oyunlarının hakimləri məlum oldu "Sumqayıt" və "Keşlə" komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.
Futbol
13 İyul , 2021 11:37
Sumqayıt və Keşlənin avrokubok oyunlarının hakimləri məlum oldu

"Sumqayıt" və "Keşlə" komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunlar üçün hakim təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisinin Serbiyada "Çukariçki" ilə görüşünə isveçrəli referi Fedayi San təyinat alıb. Ona həmyerliləri Yonas Erni və Tsürxer Benjamin yan xətt, Ştefan Horisberger dördüncü hakim qismində yardımçı olacaq. İyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Ertəsi gün Bakı komandası "Fişt" stadionunda Rusiyanın "Soçi" klubunun qonağı olacaq. Saat 20:00-da başlanacaq qarşılaşmanı albaniyalı hakimlər briqadası idarə edəcək.

Enea Yorci baş hakim Ridiger Çokay və Reydi Avdo yan xətt hakimləri, Kridens Meta dördüncü hakim olacaq.

Son xəbərlər

Orphus sistemi