"Sumqayıt" Türkiyə klubu ilə heç-heçə edib

Futbol
  • 20 iyul, 2022
  • 14:55
Sumqayıt Türkiyə klubu ilə heç-heçə edib

Yeni mövsümün hazırlıqlarını Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" ilk yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Aleksey Baqanın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqa təmsilçisi "Bandırmaspor"la üz-üzə gəlib.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi Qızılcahamamda daha 2 sınaq matçı keçirməyi planlaşdırır.

44 filmi