"Sumqayıt" "Səbail"i udub lider oldu

"Sumqayıt" "Səbail"i udub lider oldu Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Futbol
747
19 Sentyabr , 2020 21:09
Sumqayıt Səbaili udub lider oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" Səbail"i qəbul edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 9-cu dəqiqədə "Sumqayıt"ın gənc cinah oyunçusu Süleyman Əhmədov açıb. 21-ci dəqiqədə Rauf Əliyev "Səbail"in bərabərlik qolunu vurub. 32-ci dəqiqədə isə Əli Qurbani oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində xalını 6-ya çatdıran "Sumqayıt" liderliyə yüksəlib. İlk 3 oyununun hamısından məğlub ayrılan "Səbail" isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" "Keşlə" ilə heç-heçə edib - 0:0. Tura sentyabrın 20-də "Zirə" - "Sabah" və "Qarabağ" - Neftçi" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi