"Sumqayıt" "Sabah"a uduzdu

"Sumqayıt" "Sabah"a uduzdu Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.
Futbol
103
4 May , 2021 22:10
Sumqayıt Sabaha uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah"ı qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Hesabı 40-cı dəqiqədə Mario Marina açıb. 69-cu dəqiqədə Tiemoko Fofana "Sabah"ın ikinci qolunu vurub. 85-ci dəqiqədə isə Cəmaləddin Xocaniyazov qırmızı vərəqə alaraq, "Sumqayıt"ı azlıqda qoyub.

Beləliklə, "Sabah" xallarını 25-ə yüksəldərək, 5-ci pilləyə qalxıb. "Sumqayıt" isə 33 xalla ötən turla müqayisədə 4-cü yerə enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" evdə "Qəbələ"ni 1:0 hesabı ilə yenib. "Qarabağ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi