Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" matçından əvvəl "Kapital Bank Arena"da Aprel döyüşlərinin ildönümü qeyd olunub.
"Report"un məlumatına görə, hər iki komanda və hakimlər briqadası meydana üzərində "Şəhidlər ölməz, vətən bölünməz!" yazılmış formalarla çıxıblar.
Bu yazıda həm də döyüşlər zamanı şəhid olanların fotoları əksini tapıb. Komandalar meydana çıxarkən dövlət himni ilə yanaşı, həmçinin Aprel şəhidlərinin adları səsləndirilib. Tribunadan "Burada" cavabı verilib, "Şəhidlər ölməz, Vətən bölünməz!" sədaları ucalıb.
Qeyd edək ki, hazırda "Qarabağ" öndədir - 4:0.
Foto: Firi Salim




