Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Sabah" komandaları üz-üzə gəlib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
İlk yarıda qapılara qol vurulmayıb. Hesabı 59-cu dəqiqədə "Sabah"ın gənc oyunçusu Şakir Seyidov açıb. Bundan 2 dəqiqə sonra Ozan Can Kökcü komandasının növbəti qolunu vurub. "Sumqayıt"dan təsəlli qoluna 90+1-ci dəqiqə Əmir Ağayev imza atıb.
Bu nəticədən sonra "Sabah" xallarını 19-a çatdırsa da, 5-ci, 22 xala malik "Sumqayıt" isə 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun açılış matçında "Qarabağ" səfərdə "Zirə"ni darmadağın edib - 6:0. Tura fevralın 16-da "Səbail" - "Qəbələ" və "Neftçi" - "Keşlə" matçları ilə yekun vurulacaq.