"Sumqayıt" oyunun gec başlamasına və meydana kənar şəxsin daxil olmasına görə cərimələnib

"Sumqayıt" oyunun gec başlamasına və meydana kənar şəxsin daxil olmasına görə cərimələnib AFFA İntizam Komitəsi (İK) "Sumqayıt" klubunu 2300 manat məbləğində cərimələyib.
Futbol
21 Fevral , 2024 16:04
Sumqayıt oyunun gec başlamasına və meydana kənar şəxsin daxil olmasına görə cərimələnib

AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 2300 manat cərimələyib.

"Report" xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi Premyer Liqanın XXIII turunda qolsuz başa çatan "Turan Tovuz"la matçın 4 dəqiqə gec başlamasına görə 1500 manat ziyana düşüb.

Komanda meydana gec çıxdığı üçün qarşılaşma yubanıb. Görüşdə meydana kənar şəxsin daxil olmasına görə isə klub 800 manat ödəyəcək.

İntizam Komitəsi "Kəpəz" klubunu 700 manat cərimələyib. Gəncə təmsilçisinin 5 futbolçusu "Sabah"a 2:3 hesabı ilə uduzduqları matçda sarı vərəqə ilə cəzalandırılmışdı.

Son xəbərlər

Orphus sistemi