"Sumqayıt" növbəti transferini açıqladı

"Sumqayıt" növbəti transferini açıqladı Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt"yeni transferini açıqlayıb.
Futbol
19 Avqust , 2020 11:40
Sumqayıt növbəti transferini açıqladı
Adəm Həmati

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" yeni transferini açıqlayıb. 

"Report" klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, son mövsümü İran Yüksək Liqasındakı “Pars Jonoubi Jam”da keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 

25 yaşlı yarımmüdafiəçi yeni komandasında 21 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, Kanadanın “Toronto Siti” klubunun yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. O, daha sonra İranın “Persepolis” klubuna keçib.

"Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi