"Sumqayıt" futbolçusu ilə yeni müqavilə imzaladı

"Sumqayıt" futbolçusu ilə yeni müqavilə imzaladı Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovun ardından "Sumqayıt" Futbol Klubu Rəhim Sadıxov ilə də müqaviləni yeniləyib.
Futbol
20 İyul , 2020 17:03
Sumqayıt futbolçusu ilə yeni müqavilə imzaladı
Rəhim Sadıxov

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Rəhim Sadıxovla yeni sözləşmə bağlanılıb. 

24 yaşlı futbolçunun 2020/2021 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi daha 1 il müddətinə artırılıb.

Qeyd edək ki, Rəhim Sadıxov 2019/2020 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 15 qarşılaşmada meydana çıxıb (1002 dəqiqə). Yarımmüdafiəçi Premyer Liqa və Azərbaycan Kuboku qarşılaşmaları da daxil olmaqla, ümumilikdə 5 qol vurub.

Klub daha əvvəl Mehdi Cənnətov, Elvin Bədəlov və Vurğun Hüseynovla müqaviləni uzadıb. 

Son xəbərlər

Orphus sistemi