"Sumqayıt" klubunun şikayəti qismən təmin edildi

"Sumqayıt" klubunun şikayəti qismən təmin edildi Tribunal diskvalifikasiyanı 2 oyuna, cəriməni isə 1 600 manata endirib
Futbol
18 May , 2021 14:55
Sumqayıt klubunun şikayəti qismən təmin edildi

AFFA-nın Apelyasiya Arbitraj Tribunalı "Sumqayıt" və "Zirə" komandalarırnın müraciətinə baxıb.

"Report"un məlumatına görə, "gənclik şəhəri" təmsilçisinin şikayəti müsbət, "Zirə"ninki isə mənfi cavablandırılıb.

“Sumqayıt” AFFA İntizam Komitəsinin mayın 5-də Camaləddin Xocaniyazova verdiyi 4 oyunluq cəzadan vı kluba tətbiq edilən 3 200 manat cərimədən apelyasiya verib. Tribunal diskvalifikasiyanı 2 oyuna, cəriməni isə 1 600 manata endirib.

Əvəzində İntizam Komitəsinin “Zirə” və klubun məşqçisi Eltun Yaqublu barədə qərarı qüvvədə saxlanılıb.

Qərarların tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Son xəbərlər

Orphus sistemi