"Sumqayıt" klubunun Müşahidə Şurasının iclası keçirilib

"Sumqayıt" klubunun Müşahidə Şurasının iclası keçirilib Hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxarılıb
Futbol
10 Mart , 2016 11:41
Sumqayıt klubunun Müşahidə Şurasının iclası keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Martın 9-da "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə müxtəlif mövzulara toxunulub və bəzi vacib məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Eyni zamanda toplantıda son vaxtlar hakimlərə qarşı yol verilən qeyri-etik davranışlar ön plana çıxarılıb. Görüş zamanı Müşahidə Şurasının üzvləri xoşagəlməz hadisələrlə bağlı narahatçılıq və narazılıqlarını ifadə etməklə yanaşı, futbolçu və məşqçi heyətinə belə halların təkrarlanmaması tapşırığını da verib.

Klub digər komandaların da bu məsələyə diqqətlə yanaşmasını tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi