“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olunub

“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olunub Klubun Müşahidə Şurasının növbəti iclası keçirilib
Futbol
949
7 İyun , 2018 19:53
“Sumqayıt” klubuna yeni baş məşqçi təyin olunub

Bakı. 7 iyun. REPORT.AZ/ “Sumqayıt” Futbol Klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, iclasda əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıblar.

Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı iki mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək. 

Son xəbərlər

Orphus sistemi