"Sumqayıt" klubu tarixində 350-ci matçına çıxıb

"Sumqayıt" klubu tarixində 350-ci matçına çıxıb “Gənclik şəhəri” təmsilçisi tarixinin yubiley matçını keçirib
Futbol
22 Aprel , 2021 10:56
Sumqayıt klubu tarixində 350-ci matçına çıxıb

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” komandası üçün yubileylə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib.

“Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0.

Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci "sülh"ü olub. Rəqib qapılarına 360 qol vuran "Sumqayıt" 468 top buraxıb.

Qeyd edək ki, əsası 2010-cu ildə qoyulan komanda əvvəllər “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, I divizion, Azərbaycan Kuboku və UEFA Avropa Liqasında çıxış edib.

Son xəbərlər

Orphus sistemi