"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni uzatdı - YENİLƏNİB

"Sumqayıt" 2 futbolçusu ilə müqaviləni uzatdı - YENİLƏNİB "Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Futbol
10 İyun , 2021 17:57
Sumqayıt 2 futbolçusu ilə müqaviləni uzatdı - YENİLƏNİB

"Sumqayıt" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 23 yaşlı yarımmüdafiəçi Murad Xaçayevlə 2 illik yeni sözləşmə imzalayıb.

2018-ci ildən "Sumqayıt"ın şərəfini qoruyan Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub və 4 qol vurub. O, Azərbaycanın U-19, U-21 və əsas millilərində də çıxış edib.

17:16

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” kapitanı Vurğun Hüseynovla müqaviləni yeniləyib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi növbəti mövsümdə də "gənclik şəhəri" təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Hüseynov həmçinin Azərbaycanın U-21 və əsas millilərində də çıxış edib.

Son xəbərlər

Orphus sistemi