Bakı. 1 noyabr. REPORT.AZ/ "Sumqayıt" klubu futbol üzrə Topaz Premyer Liqasının XI turunda "İnter" komandası ilə oyuna itki ilə çıxacaq. Klubdan "Report"a verilən məlumata görə, müdafiəçi Slavik Alxasov zədəsini tam sağaltsa da, hələlik fərdi məşqlərlə kifayətlənir.
Klubun həkimləri Azərbaycanın 21 yaşadək yığma komandasında da çıxış edən futbolçunun oyunadək hazır ola bilməyəcəklərini söyləyiblər.
Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Sumqayıt" - "İnter" oyunu saat 16:00-da başlayacaq.