"Sumqayıt" "Keşlə"ni səfərdə məğlub edib - VİDEO

"Sumqayıt" "Keşlə"ni səfərdə məğlub edib - VİDEO Tura "Qarabağ" - "Kəpəz" matçı ilə yekun vurulacaq
Futbol
25 Fevral , 2018 17:21
Sumqayıt Keşləni səfərdə məğlub edib - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, "İnter Arena"da "Keşlə" "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 2-ci dəqiqədə penaltidən qonaq komandanın futbolçusu Tural Axundov açıb. Bundan 10 dəqiqə sonra "Sumqayıt" daha bir qol vurub. Bu dəfə müdafiəçi Rail Məlikov qapıçı Fərhad Vəliyevlə anlaşmazlıq nəticəsində topu öz qapısına göndərib. Lakin 90-cı dəqiqədə qonaqlar qələbə topunu vurmağa müvəffəq olub. Bu dəfə Rəşad Eyyubov fərqlənib. Bu nəticədən sonra xallarını 27-yə çatdıran "Sumqayıt" 4-cü pillədə qalıb. 12 xalı olan "Keşlə" isə 7-cidir.

Tura "Qarabağ" - "Kəpəz" matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi