"Sumqayıt" İran çempionuna uduzub

"Sumqayıt" İran çempionuna uduzub 2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” sonuncu yoxlama oyununu keçirib.
Futbol
28 İyul , 2022 22:39
Sumqayıt İran çempionuna uduzub

2022/23 mövsümü üçün hazırlıqlarını Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” sonuncu yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Aleksey Baqanın baş məşqçi olduğu komanda son İran çempionu “İstiqlal”la üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Qeyd edək ki, "Sumqayıt" iyulun 29-da keçiriləcək bərpa məşqi ilə yeni mövsümə hazırlıq prosesinin 2-ci mərhələsini yekunlaşdıracaq. Komanda iyulun 30-da Vətənə qayıdacaq.

Son xəbərlər

Orphus sistemi