"Sumqayıt"ın yay hazırlıq planı məlum olub

"Sumqayıt"ın yay hazırlıq planı məlum olub Bakı. 23 iyun. REPORT.AZ/ Sumqayıt Futbol Klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub.
Futbol
23 İyun , 2018 13:54
Sumqayıtın yay hazırlıq planı məlum olub

Bakı. 23 iyun. REPORT.AZ/ "Sumqayıt" Futbol Klubunun 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, kollektiv baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq.

"Sumqayıt" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydanında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində 2 yoxlama oyunu nəzərdə tutulub.

Qeyd edək ki, "Sumqayıt" hazırlığın ikinci mərhələsini iyulun 16-dan qonşu Türkiyədə keçirəcək. İyulun 29-dək Boluda olacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. Komanda Türkiyədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblər hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi