"Sumqayıt"ın məşqçisi: Emosiyalar fonunda hansısa etiraz normal haldır

"Sumqayıt"ın məşqçisi: Emosiyalar fonunda hansısa etiraz normal haldır "Bunu nəzərə almaq lazımdır"
Futbol
3 Aprel , 2024 11:51
Sumqayıtın məşqçisi: Emosiyalar fonunda hansısa etiraz normal haldır

Emosiyalar fonunda hansısa etiraz normal haldır, məncə, bunu nəzərə almaq lazımdır.

Bunu "Report"a açıqlamasında AFFA İntizam Komitəsinin qərarına görə iki oyunluq cəza alan "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov deyib.

Premyer Liqanın XXVIII turunda "Araz-Naxçıvan"la ev matçının (1:0) sonlarında birbaşa qırmızı vərəqə görən mütəxəssis həmin dəqiqələrdə hər kəsin əsəblərinin bir az gərgin olduğunu xatırladıb: "Texniki zonada ayaqüstə idim, auta çıxan top düz üstümə gəldi. Mən də tutub meydana atdım ki, oyunun bərpası ləngiməsin. Hakim yaxınlaşıb sarı vərəqə göstərdi. Ondan soruşanda ki, çıxan topu meydana atdığıma görə niyə vərəqə göstərirsən, qayıdıb birbaşa qırmızı vərəqə verdi. Nəyə görə cəzalandığımı mən də anlamadım. İstəyirəm ki, hakimlər belə məqamlarda diqqətli olsunlar, oyunun ab-havasını, gedişatı, gərginliyi nəzərə alsınlar".

O, cəzaya razı olacaqlarını vurğulayıb: "Təəssüf ki, növbəti iki matçda komandamın yanında, texniki zonada ola bilməyəcəyəm".

Son xəbərlər

Orphus sistemi