"Sumqayıt"ın futbolçusu: "Komandada davamlı oynamaq və özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm" - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu: "Komandada davamlı oynamaq və özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm" - MÜSAHİBƏ Bəhlul Mustafazadə: "Bacardığım qədər daha çox kitab oxumağa çalışıram"
Futbol
30 Mart , 2018 19:54
Sumqayıtın futbolçusu: Komandada davamlı oynamaq və özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm - MÜSAHİBƏ

Bakı. 30 mart. REPORT.AZ/ "Sumqayıt"ın müdafiəçisi və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Bəhlul Mustafazadənin "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaqsınız. Həmin oyun barədə nə deyə bilərsən?

- "Qəbələ" çempionatın güclü komandalarından hesab olunur. Bu qarşılaşmada iştirak etməyəcəm. Çalışacağıq ki, bu oyunda da qələbə qazanıb yaxşı çıxışımızı davam etdirək. Ümid edirəm ki, bu istəyimizə nail olacağıq. Klublar arasındakı razılaşmaya əsasən, bu matçda meydanda olmayacağam. 

- "Qəbələ"yə qarşı meydanda olmaq istərdinmi?

- Əlbəttə. Tək bu komandaya qarşı yox, bütün klublara qarşı meydanda olmaq istəyirəm. 

- 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvüsən. İrlandiya ilə matç haqqında fikirlərin maraqlı olar. Bu oyundan sonra komanda üzvləri ruh düşkünlüyü yaşadımı?

- İrlandiya ilə oyunda son dəqiqələrdə qol buraxdıq. Bu, çox məyusedici məqamdır. Son saniyədə qapımızda qol gördük. Buna görə də çox üzüldük. Təəssüf hissi keçirdik. Baş məşqçimiz Rəşad Sadıqov isə bizə təsəlli verdi. Bu qarşılaşmada yaxşı oynadığımızı söylədi. Bu isə özümüzü yaxşı hiss etməyimizə kömək oldu.

- Gənc futbolçu olsan da, "Sumqayıt"ın heyətində tez-tez meydanda olursan. Sənin müntəzəm oynamağın limitlə bağlıdır, yoxsa Samir Abasov sənin oyununa inanıb meydana buraxır?

- Sözün düzünü desəm, bu barədə məluamatım yoxdur. Baş məşqçimiz mənə şans verir. Mən isə öz növbəmdə əlimdən gələni etməyə çalışıram. Komandada davamlı oynamaq və özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm.

- "Sumqayıt" bu mövsüm yaxşı çıxış edir. Komanda ardıcıl qələbələr də qazanır. Sənin fikrincə, uğurlu çıxışın səbəbi nədir?

- "Sumqayıt"ın uğurlu çıxış etməsinin bir çox səbəbi var. Baş məşqçi amilini də xüsusi qeyd etmək istərdim. Ümumi götürsək, hər bir xırda detalın toplamında komanda bu nəticəni göstərir.

- Kitab oxumağa marağın var. Vaxt tapıb istədiyin kitabları oxuya bilirsənmi?

- Bacardığım qədər daha çox kitab oxumağa çalışıram. Marağım təkcə kitab oxumağa deyil. Həm də keyfiyyətli musiqilərə və filmlərə baxmağı xoşlayıram. Boş vaxtlarımdan səmərəli istifadə etməyə çalışıram. Mövzü ayrı-seçkiliyi etmirəm.

- Son olaraq hansı kitabı oxumusan?

- Stefan Sveykin Şahmat əsərini.

Son xəbərlər

Orphus sistemi