"Makkabi" "Sumqayıt"dan ayrılan futbolçu ilə maraqlanır

"Makkabi" "Sumqayıt"dan ayrılan futbolçu ilə maraqlanır 2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqavilə başa çatan Əmir Ağayev karyerasını ölkəsi İsraildə davam etdirə bilər.
Futbol
7 Avqust , 2020 13:31
Makkabi Sumqayıtdan ayrılan futbolçu ilə maraqlanır

2019/2020 mövsümünün sonunda "Sumqayıt"la müqavilə başa çatan Əmir Ağayev karyerasını ölkəsi İsraildə davam etdirə bilər.

"Report"un ONE nəşrinə istinadən məlumatına görə, "Makkabi" (Netanya) klubu 28 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Yeni mövsümdə iddialı komanda formalaşdırmaq istəyən Netanya təmsilçisində yarımmüdafiə xəttinə əsas namizədlərdən biri məhz Ağayevdir.

Qeyd edək ki, "Sumqayıt"la da danışıqları davam etdirən futbolçunu klubun təklif etdiyi müqavilə şərtləri qane etmir.

Son xəbərlər

Orphus sistemi