"Sumqayıt" iki futbolçusu ilə müqaviləni yenilədi

"Sumqayıt" iki futbolçusu ilə müqaviləni yenilədi “Sumqayıt” Futbol Akademiyasının yetirmələri, yarımmüdafiəçilərimiz Rüfət və Səbuhi Abdullazadə komandamızla 2019/2020 mövsümündə bağladıqları peşəkar müqavilələri yeniləyib.
Futbol
4 Fevral , 2021 14:50
Sumqayıt iki futbolçusu ilə müqaviləni yenilədi

Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” futbolçuları Rüfət Abdullazadə və Səbuhi Abdullazadə ilə 2019/2020 mövsümündə bağladığı müqavilələri yeniləyib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, akademiyanın yetirməsi olan yarımmüdafiəçilərlə sözləşmələrin müddəti 2022/2023 mövsümünün sonunadək uzadılıb.

Qeyd edək ki Rüfət Abdullazadə Premyer Liqada bu mövsüm 8, ümumilikdə 12 oyun, Səbuhi Abdullazadə isə bu mövsüm 8, ümumilikdə 22 oyun (1 qol) keçirib. U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə yüksək dəstədə debüt ediblər. R.Abdulazadə Premyer Liqada ilk oyununu sözügedən mövsümün XI turunda “Keşlə” ilə qarşılaşmada (3:1) keçiribsə, S.Abdullzadə isə bu uğura 14-cü turun “Kəpəz”lə oyununda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

Son xəbərlər

Orphus sistemi