"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə edib

"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə edib Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Sumqayıt komandası ilk yoxlama oyununa çıxıb.
Futbol
1102
16 Yanvar , 2019 14:53
Sumqayıt Qazaxıstan klubu ilə heç-heçə edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" komandası ilk yoxlama oyununa çıxıb.

"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi kollektiv Qazaxıstanın "Jetısu" klubu ilə üz-üzə gəlib.

Belek qəsəbəsindəki "Sun Zeynep" otelinin futbol meydanında baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin yeganə qolunu 50-ci dəqiqədə Ülvi İsgəndərov vurub. Rəqibin heyətində isə Oljas Kerimjanov fərqlənib. 

Matç yanvarın 15-də keçirilməli olsa da, hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, bugünkü ilk yoxlama oyununda "Səbail" Macarıstan "Akvital"ını 3:2 hesabı ilə məğlub edib. Günün ikinci yarısında "Qəbələ" - “Meppen” (Almaniya), "Sabah" - "Tobol" (Qazaxıstan) və "Qarabağ" - "Uypeşt" (Macarıstan) qarşılaşmaları keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi