"Sumqayıt"dan ayrılan futbolçu: "Azərbaycanda ödənişi vaxtında edirlər"

"Sumqayıt"dan ayrılan futbolçu: "Azərbaycanda ödənişi vaxtında edirlər" "Maaş baxımından Rusiya Premyer Liqası ilə ancaq "Qarabağ"ı müqayisə etmək olar. Digər klublar Milli Futbol Liqası (FNL) səviyyəsində şərtlər təklif edir. Ancaq orada hər şey stabildir və ödənişi vaxtında edirlər".
Futbol
8 Avqust , 2022 16:17
Sumqayıtdan ayrılan futbolçu: Azərbaycanda ödənişi vaxtında edirlər

"Maaş baxımından Rusiya Premyer Liqası ilə ancaq "Qarabağ"ı müqayisə etmək olar. Digər klublarda aşağı-yuxarı I divizion səviyyəsində şərtlər təklif edilir. Ancaq orada hər şey stabildir və ödənişi vaxtında edirlər".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib.

Hazırda klubsuz olan 26 yaşlı yarımmüdafiəçi "gənclik şəhəri" təmsilçisindən ayrılmasının səbəbini açıqlayıb: "Klubla müqaviləni ləğv etdik. Mənə qalmağı təklif etdilər, lakin evdən ötrü darıxdığım üçün vidalaşmaq qərarına gəldim. "Sumqayıt"da iki ildən çox vaxt keçirdim. Məncə, bu qədər kifayətdir. Hazırda formada qalmaq üçün Rusiya Premyer Liqasında çıxış edən komandanın düşərgəsində məşq edirəm. Amma hansı klub olduğunu deməyəcəyəm".

Xocaniyazov Rusiya Premyer Liqasında və FNL-də oynamaq üçün hazır olduğunu söyləyib: "Məşq etdiyim komanda ilə danışıq aparırıq, ancaq hələlik konkret nəsə yoxdur. Başa düşürəm ki, belə məsələlər tez həll olunmur".

Yarımmüdafiəçi "Sumqayıt"a keçidini də xatırlayıb: "Həmin dönəmdə ardıcıl olaraq bir neçə zədə aldım. Sonra çoxdan tanış olduğumuz klub prezidentindən (Riad Rəfiyevi nəzərdə tutur – red.) təklif aldım. Məni əvvəlcə bir il “Sumqayıt”da oynamağa dəvət etdi, sonra daha bir il qaldım. Düzünü desəm, gözləntilər əvvəlcə orta idi. Yerli liqa barədə az şey bilirdim və heç vaxt izləmirdim. Avropada tez-tez çıxış edən “Neftçi” və “Qarabağ” haqqında məlumatlı idim. Amma reallıq gözləntilərimi üstələdi. Azərbaycanda çox yaxşı oyunçular, keyfiyyətli legionerlər var. Həm orada əla şərait qurulub. Bazalar, meydançalar - hər şey yüksək səviyyədədir".

Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. O, Türkmənistanda doğulmuş uyğur əsilli futbolçudur. Xocaniyazov Rusiya vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi