"Sumqayıt" daha bir iranlı futbolçunu transfer edir

"Sumqayıt" daha bir iranlı futbolçunu transfer edir "Sumqayıt" klubu qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirir.
Futbol
11 Yanvar , 2021 09:00
Sumqayıt daha bir iranlı futbolçunu transfer edir
Höccət Haqverdi

"Sumqayıt" klubu qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirir.

"Report" "Persianfootball" nəşrinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İranın "Paykan" klubu ilə yollarını ayıran Höccət Haqverdi ilə anlaşıb.

28 yaşlı müdafiəçinin tezliklə "Sumqayıt"a qoşulaşacağı gözlənilir.

Qeyd edək ki, "Sumqayıt" daha əvvəl "Neftçi"dən Cabir Əmirlini icarəyə götürüb. Komandada İrandan gətirilən Adəm Hətami və Əli Qurbani də çıxış edir. Qurbani milliləşdirilərək Azərbaycan yığmasına cəlb edilib.

Son xəbərlər

Orphus sistemi