"Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib

"Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib Bakı. 26 iyun. REPORT.AZ/ 2018/2019 mövsümü üçün tranfer çalışmalarını davam etdirən Sumqayıt klubu daha bir futbolçunu heyətinə cəlb edib.
Futbol
26 İyun , 2018 19:15
Sumqayıt daha bir futbolçunu heyətinə cəlb edib

Bakı. 26 iyun. REPORT.AZ/ 2018/2019 mövsümü üçün tranfer çalışmalarını davam etdirən "Sumqayıt" klubu daha bir futbolçunu heyətinə cəlb edib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, son mövsümü Rusiya "Yenisey"ində oynamış "Zenit"in futbolçusu Aleksey İsayevlə 2 illik müqavilə imzalanıb. İsayev yeni komandasında 23 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, "Yenisey"in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər "Yenisey"in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı ildə "Zenit"ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib.

Son mövsümü isə icarə əsasında yetirməsi olduğu "Yenisey"də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 26 qarşılaşmada 3 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib.

Son xəbərlər

Orphus sistemi