"Sumqayıt" AZAL-ı səfərdə yenərək 4-cü pilləyə iddiasını davam etdirib

"Sumqayıt" AZAL-ı səfərdə yenərək 4-cü pilləyə iddiasını davam etdirib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub
Futbol
10 Aprel , 2017 19:45
Sumqayıt AZAL-ı səfərdə yenərək 4-cü pilləyə iddiasını davam etdirib

Bakı. 10 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son matçında "Sumqayıt" autsayder AZAL-ın qonağı olub. Görüş Samir Abasovun baş məşqçi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da xallarını 31-ə çatdıran "Sumqayıt" 4-cü pillədəki "Zirə" ilə xal fərqini minimuma endirib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, digər oyunlarda "Kəpəz" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"la "Qəbələ" arasındakı görüşdə qol vurulmayıb - 0:0. Zirə" - "İnter" matçı da heç-heçə ilə yekunlaşıb - 1:1.

Son xəbərlər

Orphus sistemi